Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin yeni gücü ZAHA: “Dosta güvənən, düşmənə qorxu verən” - Foto
Türkiyənin yeni gücü ZAHA: “Dosta güvənən, düşmənə qorxu verən” - Foto

Türkiyə müdafiə sənayesi sahəsində mühüm addımlar atmağa davam edir. Son olaraq Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının amfibiya zirehli maşın ehtiyaclarını qarşılamaq üçün hazırlanan Zirehli Amfibiya Hücum maşınlarının mina və ballistik sınaqları problemsiz şəkildə tamamlanıb.

Bizimyol.info xəbər verir ki, ZAHA adlanan zirehli maşın tezliklə Türkiyə ərazi sularında fəaliyyətə başlayacaq.

ZAHA amfibiya zirehli maşın ZAHA amfibiya zirehli maşın

Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Dəmir, öz twitter hesabından ZAHA ilə bağlı açıqlama verib və bildirib ki,  dosta güvənən, düşmənə qorxu yaşadan ZAHA, ona veriləcək vəzifələri yerinə yetirməyə hazırlaşır.

FNSS şirkəti tərəfindən hazırlanan ZAHA-lar həm amfibiya əməliyyatlarında qoşunların sahilə təhlükəsiz enişini təmin edir, həm də enişdən sonra zirehli personal daşıyıcısı kimi xidmət edir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »