Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynaya hücum edəcəkmi... – Britaniya mətbuatının proqnozu
Rusiya Ukraynaya hücum edəcəkmi... – Britaniya mətbuatının proqnozu

Rusiya son aylar Ukrayna ilə sərhəddə fəallıq nümayiş etdirir. Qərbdə Kremlin qonşu ölkəyə növbəti dəfə hücum edəcəyinə inanan siyasətçi çoxdur. Hətta ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq etməyi də özünə rəva görmüşdü. Böyük Britaniya mətbuatı isə Rusiyanın Ukraynaya hücum etməyəcəyini yazır.

Bizimyol.info xəbər verir ki, London iqtisadiyyat və siyasət elmləri məktəbinin doktorantı Ceff Houn Kremlin sərt addım atmayacağına əmindir. Beynəlxalq tarix fakültəsinin elmi işçisi peyk görüntülərindən hər hansı hücum olmayacağı təəssüratı yarandığını bildirir. Çünki Rusiyanın sərhəd zonasındakı hərbi hissələrində texnikanın kamuflyaj olunmasına ehtiyac görməyiblər. Adətən, belə addım müharibəyə hazırlıq zamanı baş verir. Rusiya texnikanı gizlətməyə ehtiyac duymursa, deməli, yaxın gələcək üçün hücum planı da yoxdur.

“İndi Ukraynaya hücum böyük axmaqlıq olardı. Çünki Ukrayna ordusu xeyli təcrübə toplayıb. Rusiyanın qarşısında asan rəqib dayanmayacaq. Tutaq ki, Rusiyanın Ukraynanı işğal etməyə gücü çatar. Bu, Kremlin nəyinə lazımdır? İşğal bahalı, təhlükəli və əksər hallarda bəhrəsiz olur. ABŞ-ın İraqda və Əfqanıstandakı müqəddəratına baxmaq yetər”.

Ceff Houn yazır ki, Cənubi Osetiya, Abxaziya və Krım işğalını bu məsələ ilə qarışdırmaq lazım deyil. Çünki həmin ərazilərdə Kremlə pərəstiş nümayiş etdirən yerli əhali var. Qərbi Ukraynanın əhalisinin rus idarəçiliyinə loyal münasibətini təsəvvür etmək olmur. Rusiya belə mürəkkəb prosesə qol qoymaz.

Müəllif hesab edir ki, Kremlin 2008-ci ildə Gürcüstana hücumu Mixail Saakaşvilinin Qərbin dəstəyinə həddindən çox bel bağlamasına görə baş verib. Keçmiş prezident separatçı bölgələrdə sərt mövqe ortaya qoymağa başlamışdı. Saakaşvili inanırdı ki, Qərb Gürcüstanın aciz vəziyyətə qalmasına imkan verməz. Amma Rusiya ciddi müqavimətlə üzləşmədi.

Ceff Houn Rusiyanın nə vaxtsa Ukraynanı işğal etmək istəyəcəyini istisna etmir. Amma məhz indi həmin məqam deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »