Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eyvanlardan boylanan kombi boruları: Bakıda mərkəzi isitmə böhranı yaşanır
Eyvanlardan boylanan kombi boruları: Bakıda mərkəzi isitmə böhranı yaşanır

Yeni və ya köhnə tikili olmasından asılı olmayaraq, bir çox yaşayış binalarında mərkəzi istilik sistemi yoxdur. Bu səbəbdən də  bina sakinləri müxtəlif növ qızdırıcılardan istifadə etməyə məcbur qalırlar. Bunlar arasında ən çox yayılanı isə kombilərdir. Binaların eyvanlarına nəzər salsanız görərsiniz ki, demək olar ki, hər mənzilin eyvanından bu aparatın turbası çıxır. Bu isə başlıca olaraq, ekologiyanı məhv edir.

Binaları tikən MTK-lar niyə istixanalar tikməkdə maraqlı deyil? Bu sahədə hansı dəyişikliklər aparılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, köhnə binalara mərkəzi istiliyin verilməməsi, yeni bila sakinlərinin isə fərdi olaraq kombi aparatından istifadəsi yalnışdır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Hər binada 80-100 mənzil var. Hər mənzilin eyvanında isə bir kombinin borusu görünür. Bu zəhərli qazlar həm ekologiyanı korlayır, həm də bu qonşunun eyvanından çıxan borunun zəhərli havasını külək aparır digər qonşunun evinə.

Binaya layihə verilən və təsdiq olunan zaman orada şərt kimi qoyulmalıdır ki, istixanalar olmalıdır. Bu sistem sovetlər dövründə belə idi ki, bir istixana tikilirdi və 30-40, 50-60 binanı istiliklə təmin edirdi. Bu zaman isə xərc də azalırdı.

Bu gün istixanalarin özünün avadanlığı çox bahadır. Bir binanın istixanasının olması bir neçə yüz min tələb edir. Digər tərəfdən isə vətəndaş qazın kubunu “x” qiymətə alırsa, istixanaya verilən qazın kubu vətəndaşa verilən qiymətdən demək olar ki, 2 dəfə baha qiymətə satılır. Çünki o, fiziki yox, hüquqi kimi qiymətləndirilir. Bu da təbii ki, onlara sərf etmir. Qiymətlər baha olduğu üçün MTK-ların bunu qurmaqda marağı olmur.

“Azəristiliktəchizat” adlı bir dövlət qurumu var. Bu qurumun işçiləri, fəaliyyəti varsa, artıq özünü toparlamalıdır. Yaxın ərazilərdə yerləşən binalar üçün istixanalar tikməlidir və binaları istiliklə təmin etməlidir. Demirik ki, bu pulsuz olmalıdır. Həmin topladığı pullarla da büdcə formalaşdırmalıdır. Bu sistem qurularsa, vətəndaş kombi ilə isinmək üçün ayırdığı 200 manatı buna verər, onlar da qazanc götürərlər”,- deyə əmlak məsələləri üzrə ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »