Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binalardakı təhlükə: “Qaz sızıntısı, hansısa bir partlayıın baş verməsinə səbəb ola bilər”
Binalardakı təhlükə: “Qaz sızıntısı, hansısa bir partlayıın baş verməsinə səbəb ola bilər”

Yaşayış binlarına müəyyən artırmaların edilməsi hamımıza çox tanış mənzədir. Yeni binaların bir çoxu isə bu ənənənin qarşısını almağı bacarıb. Yəni, bir çox yeni tikililərdə binasının görüntüsünə xələl gətirəcək heç bir dəyişikliyin aparılmasına icazə verilmir. Lakin bu binaların da öz əmması var. Sakinlər binanın xarici görünüşünü poza bilməsələr də, daxili görüntüsünü dəyişə, divarları sökə, bir otaqdırsa, 2 və daha çox yerə bölə bilirlər. Bina sakinləri təbii ki, bunu icazə olduğu üçün edə bilirlər və heç düşünmürlər ki, bu daxili dəyişiklər əslində binaya nə qədər zərər vurur, binanın yararlılıq müddətinin vaxtından tez bitməsinə səbəb olurlar.

Əmlak eksperti Elnur Fərzəliyev Bizimyol.info-ya açıqlaması zamanı binalara zərər vuran məsələlərə toxunub və bildirib ki, mənzillərdə layihə dəyişikliyi düşünyümüzdən daha dəhlükəlidir. “Köhnə binaların 80-90 faizi artıq öz istismar müddətini bitirib. Bu binaların 100-dən artığı FHN tərəfindən qəzalı olaraq qeydə alınıb.

Bina tikilən zaman onun hündürlüyü, eni, divar qalınlığı, ümumi çəkisi nəzərə alınır və ona uyğun binövrə qazılır. Bu binalara, xüsusilə də istismar müddətini bitişmiş binalara artırmaların olması həmin binanın tarazlığını pozur, bina dartılır, çartlayır, əlavə yüklə yüklənir və bu da onların ömrünü bitirir. Bəzi artırmalar var ki, birinci mərtəbədə edilir. Bunların təhlükəsi olmaya bilər, amma yuxarı mərəbələrdəki artırmalar binaları deformasiyaya uğradır. Bu hallar yolverilməz olsa da, artıq baş verib.

Bu gün artırmalar səbəbindən əksər binalar sökülməlidir. Bu söküntü işlərini isə özəl sektor, tikinti şirkətləri aparır. Amma bu artırmalar səbəbindən tikinti şirkətləri binları sökə bilmir. Çünki məcburdurlar ki, vətəndaşlara artıq kvadrat versinlər. Artıq kvadrat verdikdə isə onlar qazanc əvəzinə bu lahiyədə zərərlə çıxmış olurlar.

Artırmalar olduqda binanın daxilində də dəyişiklik olur, ara divarlar götürülür, daşıyıcı divarlar belə sökülür. Bu da təbii ki, binanı qəzalı vəziyyətə gətirib çıxardır. Həmçinin zirzəmilər də belədir. Artırmalarla bərabər zirzəmilərin qazılması, qeyri-yaşayış obyektlərinə çevrilməsi, binövrədə qapıların, pəncələrin açılmasına gətirib çıxardır. Bu da binövrəni zədələyir.

Digər binalarda isə vəziyyət tam fərqlidir. Binaların zirzəmiləri çirkab suları ilə doludur. Bu da binanı təhlükə içərisində saxlayır. Bİnanın möhkəmliyi məhv olur və bununla yanaşı həmin çirkab suları inkefsiya mənbəyinə çevrilir.

Yeni tikili binlarda çöldən artırmalar olmasa da, daxildən əksər mənzillərdə layihə dəyişikliyi var. Yəni 1 otaq olub 2, 2 otaq olub 3 və s. Bu zaman da ara divarlar götürülür, mətbəxt çıxır eyvana və ya xol hissəsinə. Bu yerdəyişməsi zamanı isəmətbəxtin şaxtadan kənar qalmasına səbəb olur. Bu isə qaz sızıntısı, hansısa bir partlayıın baş verməsinə səbəb ola bilər. Bu isə yolverilməzdir”,- deyə əmlak eksperti bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »