Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş kansler deputat toxunulmazlığından məhrum edilib
Keçmiş kansler deputat toxunulmazlığından məhrum edilib

Avstriya parlamentinin aşağı palatası deputat, keçmiş kansler və Avstriya Xalq Partiyasının (ANP) lideri Sebastyan Kurzun toxunulmazlığının götürülməsi barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, siyasətçinin özü rüşvətxorluqda iştirakda şübhəli bilinərək ona qarşı prokurorluğun apardığı araşdırmasının başa çatdırmasını asanlaşdırlaq üçün deputat toxunulmazlığının ləğv olunmasını parlamendən xahiş edib.

Özünü təqsirli saymadığını və günahsız olduğunu sübut edəcəyini deyən siyasətçi, onun təqsirsizliyinin artıq müstəqil hüquqi ekspertiza tərəfindən təsdiqləndiyini vurğulayıb.

Avstriyanın İqtisadi və Korrupsiya Cinayətlərinin Araşdırılması üzrə Prokurorluğu oktyabr ayında bildirmişdi ki, Kurz və onun doqquz şərikini korrupsiya və rüşvətxorluq işi üzrə araşdırır. Söhbət 2016-cı ildən 2018-ci ilədək Kurzun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası ilə bağlı müsbət rəyi olan sorğuların dərci üçün mediaya rüşvət verilməsindən gedir.

Oktyabrın 9-da Korrupsiyaya qarşı mübarizə prokurorluğunun ona qarşı apardığı araşdırma fonunda Kurz Avstriya kansleri vəzifəsindən istefa verib, lakin ANP-nin rəhbəri və parlament fraksiyasının lideri olaraq qalıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »