Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik alveri edən saxlanılıb, oğurluq əməllərinin də üstü açılıb
Narkotik alveri edən saxlanılıb, oğurluq əməllərinin də üstü açılıb

Lənkəranda mağazalardan oğurluq edən rayon sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »