Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gün üzləşdiyimiz təhlükə: "Bu sistem marketlərdə quraşdırılmalıdır"
Hər gün üzləşdiyimiz təhlükə: "Bu sistem marketlərdə quraşdırılmalıdır"

Böyük market və mağazalarda son istifadə müddəti keçmiş və ya üzərində istifadə müddəti silinmiş məhsulların satılması ilə çoxumuz rastlaşmışıq. Bəzən üzərində istifadə müddətinin müddətinin bitməsinə uzun zaman qalmış məhsulu açdığnız zaman keyfiyyətinin pozulduğuna şahid oluruq.

Məsələn, hələ 15 gün son istifadə müddəti olan bir xamanın üzərinin yaşıl kiflə örtüldüyünü görüb bunu düzgün saxlanılmama ilə əlaqələndirə bilərsiniz. Heç düşündünüzmü, bəlkə üzərində yazılan tarix dəyişdirilib?

Bir neçə gün öncə Türkiyədə məhşur supermarketlər şəbəkəsinin əməkdaşları, marketdən məhsulların son istifadə müddətinin keçməsinə baxmayaraq, bu tarixin silinərək satılmasına məcbur edildikləri ilə bağlı gizli video hazırlayıblar və xalqı da bu məsələdən agah etməyə çalışıblar. Videoda vaxtı keçmiş məhsulların üzərində olan tarixlərin osetonla silindiyi iddia edilirdi.

Azərbaycanda da bu hal istisna deyil. Niyə xalqın üzərindən, xalqı aldadaraq qazanc əldə etmək istəyənlərə imkan yaradırıq?

Eyyub Hüseynov Eyyub Hüseynov

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu sahədə çox ciddi problemlər var. Belə ki, heç kim bu gün ölkədə neçə ton şokolad, peçenye və digər məhsulların yararlılıq müddətinin keçdiyini bilmir. Hətta Qida Təhlükəsizliyi Agentliyi də, bu statistikanı bilmir. Hər gün bazarda yararlılıq müddəti keçmiş 10 tonlarla məhsul yaranır. Ancaq bu məhsulların əksər hissəsi distribyüterə qaytarılır.

"Malların yararlılıq müddəti keçdikdə onun alqoritmik hərəkəti dinamikası belədir: Məhsulun yaralıq müddəti keçdikdə, yararlılıq müddəti keçmiş məhsulun satışı qadağan edildiyi və minimum 1500 manat cərimə nəzərə tutulduğu üçün mağazalar həmin məhsulları vitrinlərdən yığışdıraraq distribüterə qaytarır. Distribüter isə, onu ölməz mala çevirir. Bəzən görürsünüz ki, yararlılıq müddəti bitməmiş məhsulun içindən qurd çıxır, kif müşahidə edilir. Məsələn, keçən həftə biz bunu "Babaev" şokoladında və bir neçə konfetdə müşahidə etdik. Özünə hörmət edən, istehlakçı hüquqlarına diqqət edən şirkətlər də var. Onlar yararlılıq müddəti keçmiş məhsulları satışdan çıxararaq məhv edir.

Məsələn, keçən həftə və ondan öncəki həftə 100 tona yaxın ərzaq məhsulunun Sumqayıt poliqonunda məhv edilməsi prosedurunda iştirak etmişik. Bunu istehsalçı şirkətin özü edir. Bu şirkət, "Sun Food" şikəti idi. Şirkət istehlakçı hüquqlarına diqqətlə yanaşdığı üçün məhsulu yenidən satışa göndərmək fikrinə düşmədi. Başqa şikətlər də bu şirkətə qoşulmalıdır. Və alıcılar da belə şikətlərə hörmətlə yanaşmalıdır. Çünki bu şirkətlər vətəndaşı aldatmır, məhsullarını ölməz etməyə çalışmır".

E.Hüseynov deyir ki, dövlət qurumları, uzun illər belə şirkətləri ifşa edib təşkil olunmuş şəkildə malların yararlılıq müddətinin dəyişdirilməsi ilə bağlı cinayət işləri qaldırılıb, hətta məsul şəxslər həbs edilib.

Bütün bunları nəzərə alsaq, belə deyə bilərik ki, Azərbaycanda əksər məhsulların son ünvanı biz istehlakçılarıq. Və ərzaq məhsulları sayəsində Lomonosovun "maddənin itməməsi qanunu" hökm sürür. Heç nə itmir, heç nə yox olmur, bir şəkildən digər şəkilə çevrilir.

E.Hüseynov qeyd edib ki, əgər hökumət, biznes qurumları və AQTA, istehlakçı hüquqlarına diqqətlə yanaşarsa, onların istehlakçıları qorumaq istəkləri səmimidirsə, buyursunlar. Azərbaycanda da texnologiyalar var: "Ancaq çox təəssüf olsun ki, heç bir market bunu quraşdırmır. Bu sistem marketlərdə quraşdırılmalıdır. Və son satış nöqtəsində vaxtı keçmiş məhsul skanerdən keçmir. Həmin proqram AQTA-ya yönləndirilir. AQTA-da işləyən insanlar öz oturduqları otaqda görə bilirlər ki, hansı marketdə hansı məhsulun nə qədər müddəti qalıb. Ancaq bu texnologiya tətbiq edilmir".

Ekspert təəssüflə qeyd edir ki, ölkədə nə tətbiq edilsə, istehlakçıların zərərinə tətbiq edilir. Belə, yəni sadəcə çıxan cana çarə yoxdur. Digər sadaladığımız məsələləri isə, dövlət qurumları onlara sərf etsə qarşısını ala bilər. Yox, əgər bu məsələlərin qarşısı alınmırsa, deməli bu vəziyyət, dövlət qurumlarına sərf edir. Biz nə qədər özümüzü öldürsək də, heç nə əldə edə bilmərik. Özləri istəməsə. Yəni, artıq hər şey məsul dövlət qurumlarının vicdanına qalıb ...

Və biz də öz növbəmizdə, mağazalarda, marketlərdə çalışanlara üz tuturuq: Cəsarətli olun və qarşılaşdığınız qanunauyğunsuzluqları çəkib bizə göndərin. Anonimliyinizi qoruyacağımıza söz veririk!

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »