Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gec və ya tez yatmaq sağlamlığınıza təsir edir
Gec və ya tez yatmaq sağlamlığınıza təsir edir

İngiltərənin Exeter Universitetinin mütəxəssisləri yuxu və ürək-damar xəstəlikləri arasındakı əlaqəni araşdıran mühüm araşdırmaya imza atıblar.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar, İngiltərədəki 88 026 iştirakçının məlumatlarını diqqətlə araşdırıblar, orta yaş həddi 61 olan iştirakçılar fiziki müayinədən keçiblər. Bədən funksiyalarını izləmək üçün cihaz yerləşdirilən iştirakçıların yuxu vaxtları bir həftə izlənilib.

İştirakçıların 6 il ərzində məlumatlarını araşdıran ekspertlər, 3172 nəfərin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini müəyyən edib. Xəstəliyin ən yüksək dərəcəsinin gecə yarısı və yuxu saatını keçdikdən sonra yatanlarda, ən aşağı göstəricinin isə 22.00-23.00 saatları aralığında yatan insanlarda olduğu bildirilib.

Araşdırmaya rəhbərlik edən David Plansın sözlərinə görə, bədənin 24 saatlıq bioloji saatı var.

“Bu saat fiziki və zehni funksiyaları təmin edir. Tədqiqatın nəticələri göstərir ki, erkən və ya gec yatmaq bədən saatına təsir edir və bu da ürək-damar sağlamlığına təsir göstərir".

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »