Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Portuqaliyada evtanaziya (rahat ölüm) qanunu təsdiqlənib
Portuqaliyada evtanaziya (rahat ölüm) qanunu təsdiqlənib

Portuqaliya parlamenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsini yenidən təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Diario de Noticias" məlumat verib.

Parlamentin 138 deputatı evtanaziyanın (rahat ölüm) qanuniləşdirilməsinin lehinə səs verib, 84 deputat qanun layihəsinin əleyhinə olub, 5 deputat isə bitərəf qalıb.

Qanun layihəsi Portuqaliyanın rəhbəri Marselo Rebel de Sousaya təqdim olunacaq və o, onu baxılması üçün məhkəməyə göndərəcək.

Qanun layihəsi yeni redaksiyasına daxil edilib ki, evtanaziya ciddi xəsarət, daimi və tam əlillik hallarında, insanı gündəlik şəxsi işlərdə başqalarından və ya texnologiyadan asılı olduğu vəziyyət yarandığı zaman mümkündür.

“Çox yüksək inamla və ya ehtimalla bu cür məhdudiyyətlər uzun müddət müalicə və ya əhəmiyyətli yaxşılaşma imkanı olmadan davam edəcək”, - sənəddə deyilir.

Qeyd edək ki, "Evtanaziya haqqında qanun layihəsi" bu il yanvarın sonunda Respublika Məclisi tərəfindən təsdiq edilmişdi. Bundan sonra prezident layihəni baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərmişdi. Konstitusiya Məhkəməsi onu ölkənin əsas qanunlarına zidd hesab edərək rədd qərarı vermişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »