Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda turizmin bərpası üçün nə etməli?
Azərbaycanda turizmin bərpası üçün nə etməli?

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycanda turizmin bərpası üçün nə etməli?

Turizm eksperti Ramil Zamanovun sözlərinə görə, bu ilə olan göstəricilər,pandemiyanın Azərbaycandakı turizmi tamamilə məhv etmədiyi mənasını verir. Bəzi ölkələrlə hava əlaqəsinin bərpa edilməsi, ölkədə turizmin inkişafı üçün əhəmiyətli oldu.

"Bölgələrin əsas gəliri, turizmdən olur. Turist gəlmədiyi zaman bu gəlir də azalır. Bu vəziyyət, bölgələrdə işiszliyə səbəb olur.

Qeyd edilir ki, gecələmələr 2020-ci illə müqayisədə 35 faiz azalıb. Pandemiya dövrüdür. Hesab edirəm ki, post pandemiya dövründə vəziyyət daha da yaxşılaşacaq.

Ölkəyə turist axınını cəlb etməyin yolu, vaksinasiyadan keçir. Artıq ölkədə vətəndaşların 51 faizi vaksinasiya edilib. Düşünürəm ki, artıq hökümət quru sərhədlərinin açılması ilə müzakirələr aparmalıdır. Azərbaycana gələn turistlərin çox hissəsi, quru sərhədləri ilə gəlirdi. Çünki bu, həm münasib başa gəlir, həm də insanların əksəriyyəti gəzə-gəzə gəlməyi sevir" - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, gömrük məntəqələrində xüsusi yoxlama yerləri hazırlanmalı, COVID-19 serifikatı, immun sertfikatı və neqativ PCR testlərlə quru sərhədlərinin açılmasını nəzərə almalıdır.

"Düzdür, Azərbaycanda olduğu kimi digər ölkələrin vətəndaşlarında da saxta sənədlər ola bilər. Bunun üçün hesab edirəm ki, yoxlama-tibb məntəqələri olmalıdır. Ölkəyə xüsusi COVID-19 testləri gətirilməlidir və bu yolla quru sərhədlərinin açılması baş verməlidir. Bir neçə ölkə pandemiya olmasına baxmayaraq, quru sərhədlərini açıb. Quru sərhədlərinin bağlı olması o zaman lazım idi ki, ölkədə xəstəlik yox idi, az idi, sürətlə yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı saxlanılması önəmli idi. Hazırda ölkədə əksər insanlar peyvənd olunub, koronavirus keçirənlərin də sayı çoxdur. Yəni, hansısa sərhədin açılması xəstəliyin artması ilə nəticələnə bilməz. Sərhədlər açılsa, ölkə daha çox gəlir əldə edə bilər" - deyə ekspert sərhədlərin açılmasının əhəmiyyətini vurğulayıb.

Ekspert Ramil Zamanov hesab edir ki, sərhəd məntəqələri günlük limitlə çalışa bilərlər. Hər gün minlərlə deyil, yüzlərlə insan keçmək üçün onlayn şəkildə sənədlərini və PCR testlərinin nəticəsini göndərə bilər.

"Yol çoxdur, düşünüb bir qərara varmaq lazımdır. Bizim dövlət qurumları işini gözəl bilir. Buna da bir yol tapılacaq. Əks halda, ancaq hava yolu ilə ölkədə turizmi bərpa etmək və ya gəlir əldə etmək barədə düşünmək uzaq bir xəyal kimi qala bilər" - deyə ekspert əlavə edib.

Qeyd edək ki, prezidentin köməkçisi, dəfələrlə quru sərhədlərinin açılması mövzusunun müzakirə edilmədiyi qeyd edib. Bir müddət əvvəl isə Gürcüstan, Azərbaycanla sərhədlərdə xüsusi məntəqələr quraşdırıb. Amma belə görünür ki, Azərbaycanı kəşf etmək niyyətində olanlar, hələ uzun müddət quru sərhədlərimizin açılmasını gözləməli olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »