Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək

Dünən Almaniyada başlayan Ümumdünya Səhiyyə Sammitinin  açılışında çıxış edən Tedros Adhanom Gebreyesus epidemiyanın sona çatmaqdan uzaq olduğunu bildirdi.

Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus ən çox verilən suallardan birinə çevrilən “epidemiya nə vaxt bitəcək” sualına cavab verib.

"Cavabım budur: Dünyada hər kəs epidemiyanın bitməsini istəyəndə pandemiya sona catacaq. Bu bizim əlimizdədir. Bizə lazım olan bütün vasitələr, effektiv ictimai, səhiyyə vasitələri və effektiv tibbi alətlər var. Ancaq dünya bu vasitələrdən istifadə etmir, həftədə təxminən 50 min doza istifadə etməklə epidemiyanı bitirmək olmaz. Bildiyiniz kimi, biz bu ilin sonuna kimi hər bir ölkədə əhalinin 40 faizini peyvənd etməyi qarşıya məqsəd qoymuşuq”, - deyə Tedros bildirib.

Dr.Tedros bildirib ki, G20 və ölkədə 40%-dən artıq vətəndaşını peyvənd etmiş dövlətlər peyvəndləri ehtiyacı olan digər ölkələrə verməlidirlər: "Yalnız bu yolla epidemiyanın öhdəsindən gəlmək olar".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »