Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
B12 vitamini çatışmazlığının əlamətləri nədir?
B12 vitamini çatışmazlığının əlamətləri nədir?

Dünya əhalisinin 20 faizi, B12 vitamini çatışmazlığı yaşayır və 40 faiz isə bu risk altındadır. B12 vitaminin orqanizmimiz üçün hansı üstünlükləri var, bu yazıda sizinlə bölüşəcəyik.

Vitamin çatışmazlığı, özünü hansı əlamətlər biruzə edir?

Bizimyol.info xəbər verir ki, B12 vitamini, DNK-da enerji mərkəzi hesab edilir. B12, sinir sistemi və qan hüceyrələrinin sağlamlığını təmin edir. Əzələlərə və orqanlara oksigen verir, metobalizmanı qaydasına salır. B12, hər şeydən əvvəl qırmızı qan hüceyrələrinin yaranması üçün böyük əhəmiyyətə malikdir. B12 vitamin çatışmazlığı; enerjini azaldır, əhval ruhiyyəni pozur, metabolizmaya təsir edir.

Mütəxəssislərin fikrincə, B12 çatışmazlığı daha çox veqanlarda, vegeterianlarda və bağırsaq problemləri (bağırsaqların xroniki iltihablanması) olan şəxslərdə müşahidə edilir. Vitamin B12 çatışmazlığı yaşamamaq üçün, mütəmadi olaraq, yağlı balıq, ət, toyuq yemək, süd və süd məhsulları qəbul etmək lazımdır. Mal qaraciyəri, skumbiriya və mal əti, B12 vitamini baxımndan zəngindir.

B12 vitamini çatışmazlığının əlamətləri nədir?

Unutqanlıq

B12 vitamini çatışmazlığı, beyinə oksigen verən müddətini pozur. Zamanla yaddaş pozuntusu, unutqanlıq başlayar. Məsələn; əvvəlcə evin qapısını bağlamağı unudan insan, sonradan telefonu əlində olduğu halda onu axtarmağa başlayır. Bu əlamətlər, sürətli şəkildə inkişaf edə bilər və qarşısını almaq çətinləşər. Bəzi insanlarda bu Alzheymer xəstəliyinə yol açar.

Yeməyin dadını bilməmək

Dildəki sinir uclarının vəziyyəti, bədəndəki B12 vitamini miqdarına bağlıdır. Vitamin çatışmazlığı zamanı, ədviyyatlı yeməklərin belə dadı hiss edilməz.

Ayaqlarda zəiflik hissi

B12 çatışmazlığı ayaqlarda zəiflik, barmaqlarda qıcıqlanma hissinə səbəb ola bilər. Belə narahatlıqların təkrarlanmasına fikri verməsəniz xroniki hal ala bilər.

Baş gicəllənməsi

B12 vitamin çatışmazlığı, onurğa iliyini mənfi şəkildə təsir edər. B12, baş gicəllənməsinə və hətta ürəkgetməsinə səbəb ola bilər. Mütəmadi olaraq, bu əlamətlərlə qarşıladşığınız təqdirdə, mütləq bir mütəxəssislə məsləhətləşin.

Depressiya halı

Vitamin B12 səviyyəsi, srotonin və dopamin kimi əhval ruhiyyə üçün əhəmiyyətli olan homonların istehsalına mənfi təsir göstərər. Bu hormonların çatışmazlığı isə depresiyaya səbəb olar. Özünüzü tez-tez depresiyada hiss edirsinizsə, həkiminizlə danışın.

Yaş və cinsiyyətdən asılı olmayaraq, sağlam insan gün ərzində 3 mikroqram B12 vitamini qəbul etməlidir.

Veqanlar risk altındadır...

B12 vitamini daha çox ət, qaraciyər, yumurta və balıq kimi qidalarda olduğu üçün bu qidalardan qəbul etməyən veqanlar və vegeterianlar, B12 çatışmazlığı riski yaşayarlar. Zəif yaddaş, qərarsız gəzmək, fikirlərin qarışıqlığı çox müşahidə edilirsə, B12 vitamini çatışmazlığından olduğu düşünülə bilər.

B12 vitamini hansı qidalarda var?

  • Qaraciyər

    Dana qaraciyərinin 100 qramında; 70 mikroqram, hindtoyuğu qaraciyərində 28 mikroqram Vitamin B12 var.

  • Yumurta

    Yumurta, protein, kalsium, sink qaynağıdır. Bu super qida, gündəlik B12 vitamini ilə yanaşı; A, B5, D, K və E vitaminlərinin bir qismini təmin edir. Gün ərzində 1 yumurta yemək sizə enerji verəcək.

  • Süd məhsulları

    Süd və qatıq, vitamin B12 qaynağıdır. 100 ml süd, bu vitaminin günlük ehtiyacının 18 faizini qarşılaya bilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »