Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yox" deyə bilmək şəxsiyyətinizin formalaşmasının əlamətidir
"Yox" deyə bilmək şəxsiyyətinizin formalaşmasının əlamətidir

"Yox" - bu söz nə qədər sadə görünsə də, olduqca güclü bir sözdür. "Yox" deyə bilməmək isə bir çoxumuzun ortaq problemidir. Əslində "Yox" deyə bilmək vaxtınızı və enerjinizi daha yaxşı şəkildə istifadə edə bilməyinizi təmin edə bilər. Çünki istəmədiyiniz şeylərə "yox" deyə bildiyiniz zaman, qaynaqlarınızı sizin üçün daha önəmli yerlərə sərf edə bilərsiniz.

Bəs necə "yox" deyə bilərik?

Mütəxəssislər, "yox" deməmişdən əvvəl qarşınızdakı insanı sakitləşdirib istəyinizi dilə gətirməyi tövsiyə edir. "Yox demək istədiyiniz zaman, qarşınızdakı şəxsin "yox"-unuzu qəbul etməsi üçün əvvəlcə mühiti yumşaltmağınıza ehtiyac var. Belə vəziyyətdə aldığınız təklifin qürurunuzu oxşadığını və ya sizi nə qədər xoşbəxt etdiyini söyləmək kifayət edir. Sonra isə "vaxtım yoxdur" deyərək, təklifi və ya məsləhəti qəbul etməmə səbəbinizi dilə gətirə bilərsiniz.

Mövzu ilə bağlı hisslərinizi dilə gətirin

İnadçı biri ilə qarşılaşsanız, qarşınızdakı səbəblərinizin keçərliliyinə önəm verməyə bilər. Belə bir vəziyyətdə, "yox" deməyə səbəb olan hisslərinizi də dilə gətirməlisiniz. Məsələn; "çox məşğulam, hə desəm özünü günahkar hiss edəcəyəm" deyə bilərsiniz.

Hisslərinizi dilə gətirmək, qarşınızdakının hadisəyə sizin tərəfinizdən baxmasını və anlamasını təmin edəcək.

Eyni zamanda, hisslər şəxsi olduğu üçün qarşı tərəfin sizin arqument yaradıb və sizin səbəblərinizə qarşı çıxması asan olmayacaq.

Özünüzə güvənin

Əgər özünüzə yetərincə dəyər vermisinizsə, o zaman vaxtınız da o qədər dəyərli deyil. Ancaq özünüzə olan güvəniniz və özünüzə hörmətiniz artdıqca, "yox" deyə bilməyiniz asanlaşacaq. Çünki bu halda zamanınız və enerjniz hərhansı bir şeyə "hə" deyərək xərcləməyəcəyiniz qədər dəyərli olacaq.

Özünə inamın yüksək olması, özünüzü, başqalarının sizi razı salmaq üçün istifadə etdiyi günahkarlıq duyğusu və yaxud israr kimi neqativ yollardan qorunmanızı təmin edəcək.

Niyə "yox" dediyinizi xatırlayın

"Yox" deməyə qərar verdiyiniz zaman niyə "yox" dediyinizi düşünün və özünüzə xatırladın. Məsələn; "yox" dediyiniz zaman sizə qalacaq olan zaman və enerji ilə nə edə biləcəyinizi düşünün. Daha faydalı seçimlərinizi düşünərək özünüzü bu istiqamətdə hazırlamağınız "yox" deməyin çətinliyini azaldacaq.

Əhval-ruhiyyənizi yüksək tutun

Hansı yolu sınayırsınızsa sınayın, bəzən "yox" demək mümkün olmaya bilər. Ancaq "yox" deməyi öyrənmək istəyirsinizsə, belə vəziyyətlərin sizi narahat etməsinə icazə verməyin. Əks halda "yox" deməyi bacardığınız zamanlarda, qazandığınız motivasiya və özünə inamı zibilə atmış olursunuz. Bunun əvəzinə müvəffəqqiyətlərinizə diqqət yetirin.

Normalda "yox" deyə bilməyəcəyiniz hər şeyə bir dəfə belə "yox" demiş olmaq, böyük müvəffəqiyyətdir. Çünki "yox" deyə bilmək şəxsiyyətinizin formalaşmasının əlamətidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »