Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
60 ilə yaxın gizlədilən sənəd: İki yadplanetlinin qalıqları tapılıb
60 ilə yaxın gizlədilən sənəd: İki yadplanetlinin qalıqları tapılıb

ABŞ-ın yadplanetlilərlə bağlı gizli araşdırmalar aparması illərdir müzakirə olunur. Başqa planetlərdə həyatın, o cümlədən, canlı varlıqların olub-olmaması onsuz da mübahisə mövzusudur. Dəfələrlə mətbuatda ABŞ-ın yadplanetlilərlə əlaqə saxlaması barədə yazılar yer alıb.

Bizimyol.info xəbər verir ki, bu dəfə ortaya konkret sənədlər qoyulub. Burada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Argentina Dəniz Qüvvələri arasında 1962-ci ilə aid yazışmaları görmək mümkündür. Yazışmalarda iki yadplanetlinin cansız qalıqlarının tapılmasından danışılır. Sənədlərdə Argentina polkovniki Roberto Sezar Mullen ilə ABŞ beynəlxalq araşdırma komitəsindən Riçard Hollun adı keçir. Polkovnik Amerika təmsilçisinə qəza barədə məlumat verir. Məhz həmin qəzada iki yadplanetlinin həyatını itirməsi ehtimal olunur.

Yazılıb ki, Argentinada yerləşən ABŞ hərbi bazasının yaxınlığında əsgərlər göydən parlaq bir cismin yerə endiyinin şahidi olublar. Nəzarət qülləsində hadisəni görən bir leytenant daha iki nəfərlə ora gedib. Onlar hadisə yerində yadplanetlilərə bənzəyən iki cəsəd görüblər. Bundan sonra hadisələrin necə inkişaf etdiyi bilinmir.

ABŞ-ın bir neçə media orqanı sənədlər barədə yazıb. Amma məsələyə şübhə ilə yanaşanlar da olub. Hesab edilir ki, ortaya çıxan sənədlər hələ sübut sayıla bilməz.

Mərkəzi Kəşfiyyat İdarəsi 2017-ci ilin yanvarında yadplanetlilərlə bağlı bəzi sənədləri yaymağa təşəbbüs göstərmişdi. Düzdür, burada konkret varlıqlardan söz açılmırdı. Sadəcə, Mərkəzi Kəşfiyyat İdarəsinin illərlə “uçan boşqab”ları izlədiyi məlum olmuşdu. Bundan başqa, qurumun insanın telepatik imkanları barədə tədqiqat apardığı ortaya çıxmışdı.

İndi sənədlərə inananların əsas arqumentlərindən biri də Mərkəzi Kəşfiyyat İdarəsinin 4 il əvvəl məlumat paylaşmağa təşəbbüs göstərməsidir. Müstəqil agentlik həmin addımı ilə uzaq ulduzlardakı varlıqların Yer kürəsinə mümkün səfərini araşdırdığını təsdiqləyir. Əslində sənədlərin saxtalıq ehtimalı da yüksək deyil. Uzaq 1962-ci ildə nəsə vacib hadisə baş verib və getdikcə belə hadisələri gizlətmək daha da çətinləşir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »