Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qələbədən sonra dəyişən obyekt adları - Foto
Qələbədən sonra dəyişən obyekt adları - Foto

Bir il öncə çoxlarımız şəhərin mərkəzi küçərələrində yerləşən obyeklərin adlarından şikayətlənirdik. Səbəb isə o idi ki, mərkəzi küçələrdə bir dənə də olsun Azərbaycana məxsus ad tapmaq olmurdu. Sanki dəb halına düşmüşdü xarici adların kafe, restoran, mazağalara və s verilməsi.

Bu isə daha çox yaşlı nəsil və xarici dil biliyi olmayanlar arasında çaşqınlıq yaradırdı. Düzgün tələffüz qaydasını bilmədikləri üçün həmin adları yazıldığı formada oxumağa məcbur olurdular. Bu zaman isə gülüş obyektinə çevrilirdilər.

Hətta dəfələrlə bu məsələ ilə bağlı müzakirələr, təkliflər, etirazlar da olub. Lakin məsələ öz həllini tapmırdı. Hamı bu dəbə ayaqlaşmaq üçün yeni açdığı məkanlara mütləq ki, xarici, əndirabadi adlar qoyurdu. Taki bir il öncəki vətən müharibəsinə qədər. Düzdü indi də şəhərdə bu cür adlarda obyektlər var. Amma müharibə sanki bütün həyatımızı dəyişdiyi kimi bu sahədə də dəyişikliklərə səbəb oldu.

İşğaldan azad olunan rayonların, kəndlərin anonsu verildikcə, yeni bir tendensiya meydana gəldi. Bir çox məkan sahibləri öz obyeklərinin adlarını dəyişmək, alınan kəndlərin, rayonların adını verməklə bağlı qərarlar verdilər. 30 illik həsrətdən sonra yaşanan sevinci onlar da bu cür əbədiləşdirdilər.

Artıq bu gün bir çox küçələrdən keçən zaman Şuşa, Laçın, Zəfər, 8 Noyabr, Xarıbülbül və s. adlı məkanlara rast gəlmək mümkündür. Bu isə insana bir ayrı qürur verir.

8 Noyabr adlı bərbərxana

Hətta yadınızdadırsa, müharibə vaxtı Bakıda fəaliyyət göstərən “Cafe Anderson” şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın açıq-aşkar Ermənistanı dəstəklədiyini deməsi ilə kafe mövcud adından imtina etmişdi. Hazırda isə həmin kafenin adı “Khancandy” adlanır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »