Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda çəkilişi baş tutmuş məşhur səyahət verilişində tamaşaçını necə aldadırlar - Video
Bakıda çəkilişi baş tutmuş məşhur səyahət verilişində tamaşaçını necə aldadırlar - Video

Xüsusilə postsovet məkanında məşhur sayılan “Oryol i reşka” səyahət verilişi Azərbaycanda da çox baxılır. Ukrayna televiziya şousu üç dəfə ölkəmizə də təşrif buyurub. Axırıncı dəfə 2019-cu ildə səyahət verilişi Bakıya həsr olunub.

Bizimyol.info nubenews.net-ə istinadən xəbər verir ki, paytaxtımızda çəkilişi baş tutmuş məşhur layihədə tamaşaçıları aldadırlarmış. Verilişdə göstərilən hər şey həqiqət deyil. Bunu ayrı-ayrı vaxtlarda layihənin keçmiş aparıcıları da etiraf edib.

Əvvəlcə ondan başlayaq ki, niyə veriliş “Oryol i reşka” adlanır. “Oryol” qartal anlamına gəlir. “Reşka” isə metal pulun gerb olmayan arxa üzüdür. Verilişin iki aparacısı olur. Onlar səyahət etdikləri şəhərin aeroportunda püşk atırlar. Hərəsi pulun bir üzünü seçir. Qalib gələn guya limitsiz pul xərcləmək imkanı əldə edir. Uduzan isə 2 günü 100 dollarla yola vermək məcburiyyətində qalır.

Elə yalan da buradan başlayır. Əslində, “Oryol və reşka”nın aparıcıları limitsiz pul xərcləyə bilmir. Bütün yaradıcı heyət ucuz otellərdə qalır. Verilişdə göstərilən bahalı otellər isə bir neçə saatlıq icarəyə götürülür. Bəzən yaradıcı heyət dəvət sayəsində uyğun şəhərə yollanır. Bu halda bütün xərcləri dəvət edən tərəf çəkir. Məsələn, Bakı ilə bağlı belə ehtimal var. “YouTube” portalında yerləşdirilmiş videoda rəy yazanlar yaradıcı heyətə Azərbaycan paytaxtında təmənnasız şərait yaradıldığını iddia edirlər.

Limitsiz kartla bağlı saxtakarlığı verilişin keçmiş aparıcılarından, 5 il “Oryol i reşka”da görünmüş Regina Todorenko tədbirlərdən birində etiraf etmişdi. Onun sözləri böyük rezonans doğurmuşdu. Məlum olmuşdu ki, aparıcılar çox əziyyət çəkir. Onlar hər ölkədə 2 gün yox, daha çox vaxt keçirir. Ümumilikdə yaradıcı heyət 3 həftə ərzində özünü 4 ölkəyə çatdırmalı olur. Onlar düz-əməlli yuxu görmür. Aparıcılar gümrah görünmək üçün çox çalışırlar. Halbuki günlər ötdükcə onların gücü tükənir, lazımi emosiyalar qalmır.

“Oryol i reşka” həm də bir çox faktları təhrif etməkdə ittiham olunur. Məsələn, elə həmin Regina Todorenko verilişdə Cakarta aeroportundan şəhərə ictimai nəqliyyat olmadığını demişdi. Blogerlər Lena və Pavel İndoneziyaya səfər zamanı onun yalanını üzə çıxarmışdı. Çünki Cakarta aeroportundan şəhərə bir neçə avtobus gedir.

Verilişin sonunda aparıcı guya boş çaxır şüşəsinə 100 dollar qoyaraq bunu şəhərin bir yerində gizlədir, tapana həmin pul qismət olur. Bakıdakı son reportajda yer kimi Dənizkənarı park seçilmişdi. Aparıcı şüşəni gül kollarının arasında gizlətdiyini göstərmişdi. Bunun da sadəcə, görüntü olduğunu bilmək lazımdır. Məqsəd yalnız çaxır markasını reklam etməkdir. İndiyə qədər 100 dolları tapan tamaşaçı olmayıb. Çünki heç bir yerə pul qoyulmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »