Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunan adası elektriksiz və susuz qaldı
Yunan adası elektriksiz və susuz qaldı

Bazar günündən Yunanıstanın Rodos adasında başlayan meşə yanğını hələ də davam edir.

Bizimyol.info xəbər verir ki, yanğının məşhur Kəpənəklər Vadisi, Kalamona hərbi bazası və Psinthos kəndini əhatə edəcəyi qorxusu hələ də davam edir.

Yanğın bölgəsindəki bir çox yaşayış məntəqəsi boşaldılsa da, yanğınla mübarizə günlərdir davam etməkdədir.

Yunan mediasının yaydığı məlumata görə, yanğın nəticəsində adanın əksəriyyəti elektriksiz qalıb və onlarla ünsiyyət kəsilib. Hətta bəzi ada sakinlərinin evlərində içməli suyun olmadığı da bildirilir.

Qeyd edək ki, 4 təyyarə, 3 helikopter, 12 xilasetmə maşını və 30 yanğınsöndürən maşın yanğınla mübarizədə iştirak edir. Paytaxt Afinadan əlavə qüvvələrin gələcəyi gözlənilir.

Yanğının səbəbi isə hələlik məlum deyil.

Hazırladı: Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »