Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Belarusdan sığınacaq istəyən hakimin toxunulmazlığını ləğv etmək niyyətindədir
Polşa Belarusdan sığınacaq istəyən hakimin toxunulmazlığını ləğv etmək niyyətindədir

Polşanın baş naziri Donald Tusk müvafiq idarələrə bir müddət əvvəl Belarusa qaçan Varşava hakimi Tomaş Şmidtin toxunulmazlığının ləğv edilməsi barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, baş nazirin bununla bağlı çıxışını "TVP İnfo" kanalı yayımlayıb.

“Mən səlahiyyətli orqanlarla birlikdə hakim Şmidtin toxunulmazlığının dərhal götürülməsi üçün Ədliyyə Nazirinə müraciət etmişəm. Məsələyə ən qısa zamanda baxılacaq və müvaviq orqanlar tərəfindən hüquqi sənədlər hazırlanacaq”, Tusk Kəşfiyyat İşləri üzrə Kollegiyanın iclasından sonra jurnalistlərə bildirib.

Polşanın baş naziri əlavə edib ki, yaxın günlərdə Belarusa qaçaraq sığınacaq istəyən hakimlə bağlı əlavə qərarlar veriləcək. Bundan əlavə, Tusk Rusiya və Belarus kəşfiyyat xidmətlərinin Polşa hakimiyyət orqanlarına təsiri barədə hesabat gözləyir.

Qeyd edək ki, mayın 6-da Tomaş Şmidt Minskdə keçirdiyi mətbuat konfransında Polşa hakimiyyətinin siyasəti ilə razılaşmadığı üçün Belarusdan siyasi sığınacaq verilməsini xahiş edib. O, həmçinin respublika prezidenti Aleksandr Lukaşenkoya onun müdafiəsinin təmin edilməsi xahişi ilə müraciət edib və qeyd edib ki, hazırda Polşaya qayıtmasını, o cümlədən təhlükəsizlik səbəbi ilə qeyri-mümkün hesab edir. Varşava hakiminin bəyanatına cavab olaraq Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski onu satqın adlandırıb.

Tusk bəyan edib ki, Varşava hakiminin məxfi sənədlərə çıxışı var. Polşanın "Onet" portalı iddia edir ki, Şmidtin son bir neçə ildə Belarus və Rusiya xüsusi xidmət orqanları ilə əlaqə saxladığı iddia edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »