Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayır
Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayır

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Bizimyol.info xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırıq", - deyə Zaxarova bildirib.

O xatırladıb ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Zaxarova əlavə edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək. İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası Ermənistan və Azərbaycana son səfərləri zamanı respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »