Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxiyepiskop Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
Arxiyepiskop Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb

Eçmiədzin Ana Taxtının kansleriyanın rəhbəri arxiyepiskop Arşak Xaçatryan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat verib.

Bundan əvvəl "168.am" saytı yazıb ki, hakimiyyət arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat iştirakçılarını təqib etməyə başlayıb. O cümlədən, Arşak Xaçatryan MTN-ə çağırılıb: “Mənbələrimizə görə, hakimiyyət tərəfindən təqiblərə səbəb arxiyepiskop Arşak Xaçatryanın fəaliyyəti, onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri, xüsusilə də aprelin 23-də Tsitsernakaberddə “Erməni Soyqırımı”nın 109-cu ildönümünə həsr olunmuş məşəl yürüşü zamanı etdiyi çıxışdır”, - deyə nəşr yazıb.

Mətbuat Eçmiədzinin ana taxtında yer alan məlumatı dəqiqləşdirməyə çalışıb, oradan arxiyepiskopun “lazım bildiyi təqdirdə məlumatı cavablandıracağını” bildiriblər.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qarekinin hökumətə qarşı etiraz hərəkatına rəhbərlik etdiyini bildirib. O, kilsəni müharibəyə başlamaq istəməkdə günahlandırıb və hərəkatda xarici izin olmasına eyham vurub.

Xatırladaq ki, aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş bölgəsindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsi üzrə işləri başa çatdırmaq barədə razılığa gəliblər. Həmin gün axşam saatlarından etibarən Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri etiraz aksiyaları keçirməyə başlayıblar. Mayın 4-də isə mayın 9-da mitinq keçirilməsi planlaşdırılan İrəvana yürüşə başlayıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »