Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"TikTok" və şirkətin Çinli sahibi "ByteDance" ABŞ-ı məhkəməyə verir
"TikTok" və şirkətin Çinli sahibi "ByteDance" ABŞ-ı məhkəməyə verir

"TikTok" və şirkətin Çinli sahibi "ByteDance", 170 milyon amerikalının istifadə etdiyi qısa video tətbiqi "Tiktok"un satışına yol açan qanunun və satıla bilmədikdə ABŞ-da qadağan edilməsinin ləğvi üçün məhkəməyə müraciət edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin aprelin 24-də imzaladığı qanunla "ByteDance"a "TikTok"u ləğv etmək üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verilib.

Əgər "ByteDance" bu tarixə qədər "TikTok"u xaric edə bilməsə, 19 Yanvar 2025-ci il tarixindən etibarən tətbiq ABŞ-da qadağan ediləcək. Kolumbiya dairəsi apellyasiya məhkəməsinə verdikləri iddiada "TikTok" və "ByteDance" konstitusiya ilə qorunan ifadə azadlığına zidd olduğu və digər əsaslarla  ABŞ konstitusiyasını pozduğunu iddia edib.

"TikTok" və "ByteDance": "Tarixdə ilk dəfə olaraq, Konqres tək platformanı daimi və ölkə miqyasında qadağan edəcək qanun qəbul etdi", -  deyə qeyd edib.

İddia ərizəsində "TikTok"dan imtinanın "kommersiya, texnoloji və hüquqi baxımdan mümkün olmadığı" ifadə edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »