Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yelo Bank” ASC-nin açıq tender elanı
“Yelo Bank” ASC-nin açıq tender elanı

“Yelo Bank” ASC-nin Arxiv otağı üçün mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir.

Tender elanı

“Yelo Bank” ASC-nin Arxiv otağı üçün mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

• Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

• Ödəmə qabiliyyəti olmalı;

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

• Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

• Təqdim ediləcək məhsulun keyfiyyəti

• Təklif ediləcək məhsulun qiyməti

• İştirakçı şirkətin bu sahədə təcrübəsi

• Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti

• Müqavilənin icra müddəti

Texniki şərtlər elana link olaraq əlavə olunur.

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

• Qiymət təklifi

• İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

• Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

- Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

- Qiymətlər Azərbaycan manatı və vergilər daxil qeyd olunmalıdır.

- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

3. Satın alınacaq avadanlıq siyahısının əldə edilməsi

• Tender iştirakçıları satın alınacaq mebel avadanlığı siyahısını və ətraflı məlumatı saytdan yükləməklə yanaşı, elektron və ya çap edilmiş nüsxədə əlaqələndirici şəxslərdən istənilən iş günü saat 10:00-17:00 arası ala bilərlər.

4. Müqavilənin icra müddəti

• Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

• Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

5. Ödəniş və digər şərtlər

• Təqdim ediləcək məhsullara minimum 2 il zəmanət verilməlidir.

• Zəmanət müddətinin 2 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır

• Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

• Tenderin qalibləri 4 ay müddətinə müqavilə məbləğinin 5%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

• Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.

• Təklif avadanlıqların quraşdırma qiymətlərini özündə əks etdirməlidir.

• Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.

• Təklif verilən zaman iştirakçı müqavilə icra edildikdən sonra, 24 ay ərzində zərurət yarandıqda bank üçün eyni məhsullardan təqdim etmək imkanına malik olmalıdır.

• Tələb edildikdə iştirakçı müəyyən mebel avadanlıqları üzrə 7 gün ərzində nümunə təqdim etmək imkanına malik olmalıdır.

• Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

• Tender təklifləri Bankın təqdim etdiyi təklif forması üzərindən verilməlidir.

• Müqavilə imzalanana qədər Bank satın alınacaq mebel avadanlıqlarının sayınının artırılması və ya azaldılması hüququna malikdir.

• Tender qalibinin Yelo Bankda hesab açması (Tender qalibi elan olunduqdan sonra)

6. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

- Ödəmə qabiliyyəti olmalı;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

7. Satınalan təşkilatın ünvanı:

Bakı ş. H. Zərdabi küç 81K, AZ1010

Əlaqələndirici şəxs:

Anar Asgarzade - İnzibati və Təchizat departamentinin Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974 / +99455 5056575

[email protected]

Son xəbərlər
Bütün xəbərlər »