Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!
Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

Ölkəmizdə ilk dəfə “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcəkdir. 13 may 2024-cü il tarixində təşkil olunacaq tədbirdə peşəkar moderator və spikerlər təchizat zəncirinin inkişafı və idarəedilməsi istiqamətində bilik və təcrübələrini paylaşacaq, təchizat zənciri prosesləri üçün sərfəli həllər tapacaq, satınalma proseslərini sadələşdirmək və səmərəliliyi artırmaq üçün rəqəmsal alətlər təklif edəcəklər.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçiriləcək tədbir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssisi, dövlət və özəl sektordan olan təchizat, satınalma rəhbərlərini, istehsalçı, distribyutor, topdansatış, pərakəndə satıcı və istehlakçıları bir araya toplayacaq.

“Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı, “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holdinq”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə keçiriləcək tədbir ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr edəcəklər.

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!

Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi internet səhifəsinə keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz:

Son xəbərlər
Bütün xəbərlər »