Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Prezidenti: “Novruz Gürcüstanın mədəni müxtəlifliyinin bariz nümunəsidir”
Salome Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

APA xəbər verir ki, Prezident Novruz bayramının Gürcüstanda əsrlərdir qeyd edildiyini və Gürcüstanda mədəni müxtəlifliyin bariz nümunəsi olduğunu qeyd edib.

“Bu gün baharın gəlişi, Novruz bayramı qeyd edilir. Bu, təbiətin oyanışının, yeni başlanğıcın, daha yaxşı gələcək üçün ümidin rəmzidir. Novruz bayramının Gürcüstanda qeyd edilməsinin əsrlərə dayanan tarixi var. Bu Gürcüstan mədəniyyətinin və adət ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir. Pandemiya səbəbi ilə, təəssüf ki, bu il bizim bu qədim bayramı bir yerdə qeyd edə bilmək imkanımız yoxdur. Mən inanıram ki, birgə səyimiz nəticəsində pandemiya məğlub ediləcək və gələcəkdə Novruz bayramı ənənəvi şəkildə gözəl qeyd edilərək Gürcüstanda baharı daha da gözəlləşdirəcək. Gürcüstanın azərbaycanlı vətəndaşlarını, Novruz bayramını, bahar bayramını, yeni günün gəlişini Gürcüstanda və xaricdə qeyd edən hər kəsi təbrik edirəm, sülh, sağlamlıq və xoşbəxt gələcək arzu edirəm”,- deyə Gürcüstan Prezidentinin təbrikində qeyd olunub.

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze də ölkədə yaşayan azərbaycanlılara Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »