Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan gömrük xidmətinin ekspertləri üçün seminar keçirilib
DGK

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əfqanıstan İslam Respublikası gömrük xidmətinin ekspertləri üçün onlayn formatda seminar keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, Azərbaycan gömrük xidməti daxili bazarın qorunması və yerli istehsalın təşviq edilməsində, qanuni ticarətə əlverişli şəraitin yaradılmasında, təchizat zəncirinin beynəlxalq təhlükəsizliyinin təmin edilməsində, bölgədəki xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasında mühüm rol oynayır. O da qeyd edilib ki, Tarixi İpək yolu üzərində yerləşən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərini özündə birləşdirən Azərbaycan Respublikası beynəlxalq ticarət və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat, logistika sahəsindəki digər irimiqyaslı layihələrin bu istiqamətdəki əhəmiyyətindən də bəhs edib. Eyni zamanda, 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə, Əfqanıstan, Gürcüstan və Türkmənistan arasında “Lapis lazuli” tranzit nəqliyyat dəhlizinin yaradılması ilə bağlı imzalanan sazişin iştirakçı dövlətlərin ərazısındə olan infrastruktur, hava, avtomobil, dəniz və dəmir yolu şəbəkəsini birləşdırməklə Əfqanıstanın Avropa nəqliyyat sisteminə çıxışını təmin etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu ilin yanvarında “Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi” hər üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçı qrupun videokonfrans formatında keçirilmiş görüşündə imzalanıb və sənədin icrasının uğurla həyata keçirilməsi üçün bir sıra addımlar atılıb.

Sonra tədbir barədə məlumat verən Komitə sədrinin birinci müavini bildirib ki, seminar Yol Xəritəsinin 5.5-ci - “Əfqanıstanın gömrük orqanlarının modernləşdirilməsində, eləcə də TIR üçün tranzit parklarının və quru limanların infrastrukturunun dizaynı və inkişaf etdirilməsində təcrübə mübadiləsi” bəndinin icrası və Azərbaycan Respublikası gömrük orqanlarının bu istiqamətdə təcrübəsinin bölüşdürülməsi məqsədilə keçirilir. O da qeyd olunub ki, seminar səmərəli və işgüzar münasibətlərin qurulmasına, konstruktiv əməkdaşlığa əlverişli zəmin yaradacaq.

Daha sonra Dövlət Gömrük Komitəsi Tranzit Əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Transsərhəd Əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd keçid məntəqələrində işin təşkili və inkişafı ilə bağlı tədbirlər və gələcək planlar, Əfqanıstan istehsalı olan malların ixracı və bu ölkəyə idxal zamanı daşımaların böyük əksəriyyətini təşkil edən BYD prosedurlarının gələcək perspektivləri, sistem imkanlarının modernləşdirilməsi, TIR parklarını inkişaf etdirmək üçün nümunə, Ticarətin Asanlaşdırılması Mərkəzində, eləcə də nəqliyyat vasitələri üçün mövcud parklar, quru limanlar kimi təsnif edilən terminallar və “Quru limanlar haqqında” sazişlərlə müəyyən edilmiş kateqoriyalara əsasən logistik mərkəzlərdə aparılan gömrük əməliyyatları, “Bir pəncərə” prinsipini tətbiq etməklə idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi mövzularında təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »