Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayramqabağı bahalaşma: “Azərbaycan bu gün məmur sahibkarlığından əziyyət çəkir”
Bayramqabağı bahalaşma: “Azərbaycan bu gün məmur sahibkarlığından əziyyət çəkir”

Novruz ərəfəsində bayram süfrəsi neçəyə başa gəlir? Hər kəs ürəyi istəyən süfrəni aça bilirmi? Evdəki hesab bazardakı hesaba uyğun olurmu?

Bu suallara cavab tapmaq üçün bazarı bircə dəfə dolanmaq kifayət edir. Və görürsən ki, ürəkaçan, səni dost-düşmən yanında utandırmayacaq, qonaqlarının yanında üzünü qızartmayacaq bayram süfrəsi üçün bir aylıq maaşını sərf etməlisən. Müşahidə etdiyin o olur ki, vətəndaşlar qiymət artımından şikayətçidirlər, almaqdan çox baxıb keçməklə məşğuldurlar.

Nazim Bəydəmirli Nazim Bəydəmirli

Dünən Milli Məclisdə hökumətin hesabatı dinlənildi və bəzi deputatların cəsarətli fikirlərinə hökumətdən cavablar verildi. İqtisadçı, sahibkar Nazim Bəydəmirli hökumətin qiymət artımında sahibkarları ittiham etməsinə cavab verib:

“Azərbaycanda əksər məmurlar süni qiymət haqqında danışanda sahibkarları günahlandırırlar, guya sahibkarlar süni şəkildə qiymət artırırlar, fürsətçidirlər, qiymətləri bayram ərəfələrində biz artırırıq.

Amma ilin əvvəlindən gecənin bir vaxtında anidən enerji daşıyıcılarının qiymətini artırmaqla bu prosesə hökumət start verdi. Tarif Şurası tərəfindən təbi inhisarçılara preferensiyalar edilməsi buna səbəb verdi. İnhisarçılar hökumət tərəfindən himayə olunur, doğru idarəçilik həyata keçirilmir, vətəndaş məcbur olur imkanı olmadığı halda bahalı həyat yaşamağa, ərzağı baha almağa, süni qiymət artımına boyun əyməyə. Biz idxaldan asılı ölkəyik . İdxal deyəndə göz önünə ilk növbədə gömrük gəlir. İdxal olunan məhsullara Əsassız olaraq havadan götürülmüş gömrük bəyannəmə qiymətləri qoyulur. Süni qiymətə səbəb olan bir amil də budur. Antiinhisar Departamenti reydlər keçirərkən sahibkarlara yersiz təzyiq göstərir. İqtisadiyyat Nazirliyi başda olmaqla, hökumət iqtisadi fəaliyyəti stimullaşdırmalıdır. Məmur sahibkarlığı ləğv olunmalıdır. Problemin məğzində bu dayanır. Bu, dövlətin iqtisadi siyasətinə mənfi təsir edir. Biz vətəndaşlar dövlət şirkətlərinin pis idarəçiliyindən əziyyət çəkirik. Bunu ölkə başçısı da dilə gətirir. Bazar iqtisadiyyatında süni qiymət anlayışı olmur, bunu yaradan məmur sahibkarlığıdır. Azərbaycan bu gün məmur sahibkarlığından əziyyət çəkir”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »