Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram günlərində regionlara gediş-gəlişə məhdudiyyət qoyulur? - Açıqlama
Bayram günlərində regionlara gediş-gəlişə məhdudiyyət qoyulur? - Açıqlama

Bu həftəsonundan etibarən mart ayının 29-na qədər Azərbaycanda bayram tətili olacaq. Novruz bayramı ilə əlaqədar insanlar regionlara səfər etməyi planlaşdırırlar. Bəs koronavirusa yoluxmanın artdığı bir vaxtda rayonlara gediş-gəlişə icazə veriləcək?

Qazet.az-ın suallarını cavablandıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib ki, avtobuslarla regionlara səfərlə əlaqədar qadağa hələ də qüvvədədir. Lakin taksi və şəxsi minik avtomobilləri ilə səfərlərə məhdudiyyət tətbiq edilməyib.

"Məhdudiyyətlər ötən ilin mart ayından var. Bu məhdudiyyətlərdə dəyişikliklər yoxdur. Biz ictimai nəqliyyat vasitələrinə, avtobuslara nəzarət edirik. Avtobuslarla bağlı qadağa ləğv edilməyib və ediləcəyi də gözlənilmir. Nazirlər Kabinetinin ictimai nəqliyyat vasitələri ilə bağlı qərarı yoxdur. Şəxsi minik avtomobilləri və taksilərlə əlaqədar isə heç bir məhdudiyyət yoxdur", - deyə N.Allahyarova qeyd edib.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində nəzarəti artıracaq. Belə ki, hər il təşkil edilən monitorinqlərin sayı iki dəfəyədək artırılacaq.

"Bayram və pandemiya şəraiti ilə bağlı monitorinqlərin sayı iki dəfə artırılıb. 56 avtovağzal və avtostansiya komplekslərində ötən ilin mart ayının 20-dən fəaliyyət məhdudlaşdırılıb. Onların ətrafından, xüsusilə də bayram ərəfəsində rayonlara gedib-gələn, "ford transit" qeyri-qanuni sərnişin daşımaları icra edirlər. Bununla bağlı monitorinqlər davam edir. Orada bizim əməkdaşlar olacaq. Bütün lazımi məlumatlar aidiyyatı qurumlara veriləcək. Onları cəzalandırmaq kimi səlahiyyətimiz yoxdur. Lakin cəza verən orqanlara məlumatlar ötürüləcək.

Həmin avtonəqliyyat vasitələri təkcə fərqlənmə nişanı almadıqları üçün və ya pandemiya qaydalarını pozduqları üçün yox, həm də Avtomobil nəqliyyatı haqqında qanuna görə sərnişin daşınması üçün uyğun deyil - həmin avtonəqliyyat vasitələrinin daxilində öz şəxsi səfərlərini təmin etmək üçündür", - DANX rəsmisi vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »