Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcəkdəki pandemiya daha ölümcül ola bilər - Peyvəndin yaradıcısı
Gələcəkdəki pandemiya daha ölümcül ola bilər - Peyvəndin yaradıcısı

Gələcəkdə bizi növbəti pandemiyalar gözləyir və buna hazır olmalıyıq.

Bu xəbərdarlıq COVID-19 peyvəndinin yaradıcısı Uğur Şahindən gəldi.

“Bloomberg”də yer alan xəbərə görə, koronavirus hələ də davam edərkən Uğur Şahin bunun ən pis virus olmadığını deyib. Gələcəkdə bizi daha təhlükəli, daha ölümcül bir pandemiyanın gözlədiyini deyən Şahin buna hazırlıqlı olmağımızı məsləhət edib. O dünyanın bir çox ölkələrinin hələ də peyvəndi gözlədiyini bildirib: “Məsələ peyvənd yaratmaq deyil, eyni zamanda yetərli miqdarda dozanı istehsal etmək üçün də hazır olmalıyıq”.

Şahin Pfizer ve BioNTech-in 2022-ci ildə 3 milyard dozalıq istehsal gücünə sahib ola biləcəyini söyləyib.(medicina.az)

Son xəbərlər
Bütün xəbərlər »