Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Makron, əleyhimizə qətnamələr qəbul etdirməyə cəhd etdiyi zaman bu barədə düşünməliydi"
"Makron, əleyhimizə qətnamələr qəbul etdirməyə cəhd etdiyi zaman bu barədə düşünməliydi"

Böyük Britaniyanın “The Sunday Times” qəzeti Fransanın amansız müstəmləkəçilik tarixinin ölkənin Yeni Kaledoniya siyasətinə təsirinə diqqət çəkərək bunun dövlət başçısı Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrildiyini yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Azərbaycanı Yeni Kaledoniyada baş verənlərdə ittiham edirdi.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, prinsip etibarilə “The Sunday Times” qəzeti haqlı olaraq Yeni Kaledoniya probleminə yer ayırıb.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Yeni Kaledoniyada baş verən vəhşilikləri bütün dünya gördü. Yeni Kaledoniya Fransadan 17 min km uzaqlıqda yerləşən arxipelaqdır. Artıq 21-ci əsrdir və orta əsrlərin feodal təfəkkürü ilə insanların təməl hüquqlarını tapdalamaq, təbii sərvətlərini talamaq, qul kimi davranmaq, idarə etmək olmaz. Fransa, Yeni Kaledoniya və digər keçmiş müstəmləkələrində məhz, belə siyasət aparır. Orada baş verənlər nəticədir”-deyən deputat vurğulayıb ki, səbəblərini Fransa prezidenti Makronun apardığı neokolonializm siyasətində axtarmaq lazımdır.

“Məqalə müəllifi qeyd edir ki, Yeni Kaledoniya məsələsi, Makronun prezidentliyi dövründə Fransa üçün ən ciddi böhrana çevrilmişdir.

Düşünürəm ki, Makron dövlət idarəetmə sistemində təsadüfi adamdır. O, fəaliyyətə başladığı ilk vaxtlarda naşı siyasətilə “sarı jiletlilər”in kütləvi etirazları ilə qarşılaşdı. Onların aksiyaları illərlə davam etdi. Daha sonra dini ayrı-seçkiliklə, pensiya islahatları ilə gündəmə gəldi. Niger, Mali və bir sıra Afrika, Yaxın Şərq ölkələrini biabırçılıqla tərk etmək məcburiyyətində qaldı”-deyə Nəsib Məhəməliyev bildirib.

Deputatın fikrincə, Fransanın Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanı günahlandırması absurddur. Fransanın irəli sürdüyü konstitusion dəyişikliklər yerli əhali tərəfindən narazılıqla qarşılanmışdır, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində dəstəyi yox. Azərbaycanın Hərəkat üzvlərinə verdiyi dəstək beynəlxalq hüquqa əsaslanır. Bu gün orada baş verənlərdə əsas günahkar Makronun şəxsi imkanları ilə uzlaşmayan ambisiyasıdır.

Qaldı ki, orada Azərbaycan bayraqlarının qaldırılması deputatın fikrincə, bu da anlaşılandı.

“Bakı onları istismar etmir. Əksinə, insanlıq naminə mənəvi və hüquqi dəstək verir. Makron işğalçı ölkəyə dəstək verəndə, Azərbaycan ərazisində separatçılığı yenidən alovlandırmağa, əleyhimizə qətnamələr qəbul etdirməyə cəhd edəndə, bu barədə düşünməliydi”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »