Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran: Rəisinin ölümünə reaksiya ölkənin xarici siyasətinin uğurunu sübut edir
İran: Rəisinin ölümünə reaksiya ölkənin xarici siyasətinin uğurunu sübut edir

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və onları müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı çoxlu başsağlığı mesajları, eləcə də vida mərasimində 60-dan çox xarici nümayəndə heyətinin iştirakı İslam Respublikasının xarici siyasətində ciddi irəliləyiş əldə etdiyini sübut edir.

Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

“Biz İranın digər ölkələrlə əlaqələrinin inkişafında böyük irəliləyişin şahidi olduq və ölkəmizin regionda və dünya miqyasında mövqeyinin möhkəmlənməsinin şahidi olduq bu üzücü hadisə (İran prezidenti, xarici işlər naziri digər şəxlərin helikopter qəzasında həlak olması) və dəfn mərasimində yüksək səviyyəli xarici nümayəndə heyətlərinin iştirakı bunu sübut etdi”, - deyə Kənani "IRIB" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, İran hakimiyyəti müxtəlif ölkələrdən 330-dan çox, həmçinin beynəlxalq təşkilatlardan 27-dən çox başsağlığı mesajı alıb. “Və müxtəlif səviyyələrdə təmsil olunan 60-dan çox yüksək səviyyəli nümayəndə heyətinin iştirakı beynəlxalq ictimaiyyətin İranın regionda və dünyada mövqeyinə maraq göstərdiyini göstərir”, - Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.

Mayın 21-də göyərtəsində İslam Respublikasının Xarici İşlər Naziri, Şərqi Azərbaycan əyalətinin qubernatoru və cümə imamı olan Rəisinin helikopteri mayın 19-da qəzaya uğraması nəticəsində həlak olanlarla Təbriz şəhərində vida mərasimi keçirilib.

"İRNA" agentliyinin məlumatına görə, mərasimdə 50-dən çox xarici nümayəndə heyəti iştirak edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »