Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berbok BMT-nin Rəfahla bağlı məhkəmə qərarına hörmət edilməsinin vacibliyini bildirib
Berbok BMT-nin Rəfahla bağlı məhkəmə qərarına hörmət edilməsinin vacibliyini bildirib

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Rəfahdakı hücumunun dayandırılmasının zəruriliyi ilə bağlı qərarı icra edilməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.

“Beynəlxalq Ədalət Məhkəməsinin bu müvəqqəti tədbirləri məcburidir və həyata keçirilməlidir. Beynəlxalq humanitar hüquq bütün tərəflər üçün etibarlıdır”, - deyə nazir qeyd edib.

"Biz hamımız görürük ki, vəziyyət nə qədər dəhşətlidir, bu əzab daha bir gün davam edə bilməz", - deyə Burbok, Aİ-nin Qəzza zolağında “humanitar fasilə” yaratmağın tərəfdarı olduğunu bildirib. O, vurğulayıb ki, Almaniya Aİ missiyasının Qəzza zolağının sərhədindəki Rəfah keçid məntəqəsində vəziyyətin monitorinqi üzrə işinin bərpası ideyasını dəstəkləyir.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ administrasiyası Qəzza zolağının sərhədindəki Rəfah keçid məntəqəsinə nəzarətin Avropa missiyasına verilməsi ilə bağlı Aİ, Misir və İsraillə danışıqlar aparır.

Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, İsrail Fələstin əhalisinə yardım göstərmək üçün Rəfahdakı hərbi hücumunu dayandırmalı və Rəfah keçidini açıq saxlamalıdır. Qərarın açıqlanmasından sonra İsrailin Fövqəladə Müharibə Nazirləri Kabinetində nazir Benni Qantz bildirib ki, ölkə radikal HƏMAS hərəkatına qarşı müharibəni davam etdirmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »