Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyə görə əmək pensiyası təyin olunması üçün hansı hallar olmalıdır – Ali Məhkəmənin hakimi açıqladı
Əlilliyə görə əmək pensiyası təyin olunması üçün hansı hallar olmalıdır – Ali Məhkəmənin hakimi açıqladı

Əlilliyin təyin olunması, bu halda, pensiyanın necə hesablanması həmişə cəmiyyətdə suallar doğuran əsas mövzulardandır. Belə görünür ki, insanların bir çoxu bu sahədə prosedur qaydalar, tələblər haqqında yetərincə məlumatlı deyil. Təsadüfi deyil ki, əlillik, pensiyalarla bağlı vətəndaş şikayətləri də çox olur.

Vətəndaşları maraqlandıran məsələlərdən biri uzun müddət işləyib, sonradan sağlamlığını itirərək əlil olmuş şəxslər üçün pensiyanın necə hesablanmasıdır.

Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün hansı hallar olmalıdır?

Bizimyol.info xəbər verir ki, bu suala Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə aydınlıq gətirib.

Hakim bildirib ki, 1-ci dərəcə əlillik verilmiş şəxslərə pensiya təyin olunması üçün ən azı 5 il ümumi stajı olmalıdır və əmək qabiliyyətli yaş dövrünün hər ilinə 4 ay staj tələb olunur.

“Bu necə müəyyən olunur? Məsələn, şəxs 50 yaşında əlilliyi müəyyən edilmiş hesab olunub. Əmək Məcəlləsinə görə, əmək qabiliyyətli yaş dövrü 15 yaşdan hesablandığı üçün 50 yaşdan 15 yaş çıxırıq və 35 yaş qalır. 35 ilin də hər ilinə ən azı 4 ay hesablanır. Bu staj varsa, deməli 1-ci dərəcə əlillərə əlilliyə görə pensiya təyin edilə bilər”, - Rahib Nəbizadə bildirib.

Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə

Hakimin sözlərinə görə, 2-ci və 3-cü dərəcə əlillərə isə bu halla yanaşı, müəyyən miqdarda pensiya kapitalı tələb olunur:

“Yəni, müəyyən həddə sığorta stajı və pensiya kapitalı mövcud olduqda, əlilliyə görə pensiya təyin olunur”.

Hakim əlavə edib ki, pensiya hüququ olmayan şəxslərin isə yaşa və əlilliyə görə sosial müavinət almaq hüququ var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »