Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb
Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

APA-nın məlumatına görə, N.Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

Son xəbərlər
Bütün xəbərlər »