Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryan, Sarkisyan və digərləri əhalini Paşinyana qarşı qaldırmaq istəyirlər
Koçaryan, Sarkisyan və digərləri əhalini Paşinyana qarşı qaldırmaq istəyirlər

Ermənistanda müxalifətin birləşdiiyi və baş nazir Nikol Paşinyanın istefasını tələb edən "Vətənin qurtuluşu hərəkatı" liderlərinin növbəti görüşü olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə “ARF Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan məlumat verib.

Onun sözlərinə görə, hərəkatın liderləri Vazgen Manukyan, Serj Sarkisyan, Robert Koçaryan, Artur Vanetsyan və digərləri görüşərək mövcud vəziyyəti, gələcək proqramları müzakirə ediblər.

“Bu cür müzakirələr ardıcıl keçirilir. “Vətənin qurtuluşu hərəkatı” 20 fevralda bu il ilk dəfə olaraq böyük mitinq keçirmək niyyətindədir".

İ.Saqatelyan düşünür ki, müxalifət xalqın geniş kütlələrini mitinqə toplamağa nail olacaq.

Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq növbəti qərarlar veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »