Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köməksiz qalan qazimizin müraciətinə baxılıb - Video
Köməksiz qalan qazimizin müraciətinə baxılıb - Video

“Şuşada gedən döyüşlərdə ağır yaralanmışam. İki snayper gülləsi dəyib. Ağ ciyərimdə və böyrəklərimdə ağrılar şiddətlənib.

Ağrıkəsicilər vurulur ki, ağrıya dözə bilim. Məni Şəmkir hospitalından evə buraxıblar”.

Bizimyol.info xəbər verir ki, bunu iki gün öncə video-müraciətində

İmişli rayon sakini, Vətən müharibəsi qazisi Şıxəliyev Nahid İslam oğlu bildirib.

Müalicə və əməliyyat olunması üçün video-müraciət edərək kömək istəyən qazi Bakıya gətirilib, burada müalicəsi davam etdirilir.

Qaziyə baş çəkən Milli Məclisin İmişlidən deputatı Razi Nurullayevin sözlərinə görə, N.Şıxəliyev müalicəsilə bağlı şikayətinin olmadığını bildirib.

Banklardan birinə kredit borcu olan qaziyə güzəştin edilməsi üçün banka müraciət ediləcəyi gözlənilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »