Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurməhəmmədovla birgə məşq edən idmançı döyüşdən əvvəl huşunu itirib

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı İslam Məmmədov koreyalı idmançı Kun Po Kimlə döyüş öncəsi huşunu itirib və yarışmada iştirak edə bilməyib.

“Sport-express” xəbər verir ki, döyüş sentyabrın 25-də Abu Dabidə “UAE Warriors” turniri çərçivəsində keçirilməli idi.

Məlumatda qeyd olunur ki, rusiyalı idmançının huşini itirməsi döyüşə hazırlaşarkən qısa müddət ərzində həddindən artıq çəki atması ilə əlaqədardır.

İslam Məmmədovun aktivində 18 qələbə, bir məğlubiyyət və bir heç-heçə var. O, Abdulmanaf Nurməhəmmədovun tələbəsi olub və hazırda UFC çempionu Həbib Nurməhəmmədovla birgə məşq edir.

Son xəbərlər
Bütün xəbərlər »