Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın nəhəng peyk operatoru koronavirusa görə müflis oldu

Dünyanın ən nəhəng beynəlxalq peyk operatoru Intelsat müflis olduğunu bəyan edib.

Bizimyol.info bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir. Şirkət restrukturizasiya məqsədi ilə Amerika məhkəməsinə iflas etməsi barədə ərizə göndərib.

“Bu şirkətimizin tarixində qırılma nöqtəsidir. Intelsat peyk sənayesinin pioneridir. Biz 50 il ərzində keyfiyyətimiz, innovasiyalarımız, əlçatan xidmətimiz və bu sahədə liderliyimiz ilə fərqlənmişik. Çoxlu borclarımızın olmasına baxmayaraq biz böyük uğurlar qazandıq.Lakin indi hər şey dəyişəcək”,- deyə şirkətin direktoru Stiven Şpenqler bildirib.

İflas prosedurunun köməyi ilə şirkər ABŞ-ın Rabitə üzrə Federal Komissiyasının icazəsini almaq və ABŞ ərazisində 5G infrastrukturunun yaradılmasına lisenziya əldə etmək istəyir. Şirkət rəhbəri koronavirus nəticəsində külli miqdarda ziyana düşdüklərini də qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »