Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada silahlı insident nəticəsində ölənlərin sayı açıqlandı

Kanadada Yeni Şotlandiya əyalətinin Portapik şəhərində polis insanlara atəş açan şəxsi saxlayıb.

APA-nın RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.

51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.

Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.

Son xəbərlər
Bütün xəbərlər »