Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda hərbi dənizçilər koronavirusa yoluxub

Hindistanın Mumbay şəhərindəki hərbi dəniz bazasında koronavirus aşkarlanıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, bazada 21 dənizçiyə koronavirus diaqnozu qoyulub.

Bildirilib ki, onlar eyni yaşayış blokunun sakinləridir. Hazırda blok karantinə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 574 386 nəfəri sağalıb, 154 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »