Qırğız Respublikasında ötən sutka ərzində 17 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 506-ya yüksəlib.
Bildirilib ki, qeydə alınmış yoluxma hallarının 116-sı tibb işçilərində aşkarlanıb.
Ümumilikdə ölkədə COVID-19 qurbanlarının sayı isə 5 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 250 000-i ötüb. Bunların 571 149 nəfəri sağalıb, 154 266 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.