Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook” koronavirusla bağlı xəbərləri süzgəcdən keçirəcək

Koronavirusla bağlı yayılan xəbərlərin bir çoxu həqiqəti əks etdirmir. Sanki virus haqda yanlış təsəvvür yaradılır, daha böyük ajiotaj formalaşdırmağa çalışanlar var.

Bizimyol.info xəbər verir ki, “Facebook” koronavirusla bağlı xəbərləri süzgəcdən keçirmək qərarına gəlib. Sosial şəbəkə bununla da saxta xəbərləri müəyyənləşdirməyə çalışacaq. “Facebook”un mətbuat xidmətinin açıqlamasına görə, istifadəçilər saxta məlumatlardan xəbərdar olacaq.

Koronavirus keçən ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxmışdı. Çin Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə bu şəhərdə 4 minə qədər insan virusdan həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı son informasiyada bütün dünyada infeksiya aşkar olunan adamların sayının 2,2 milyonu keçdiyi bildirilir. Virus 150 minə qədər insanın həyatına son qoyub. Hər gün daha 100 minə qədər adamda koronavirus aşkarlanır.

Son xəbərlər
Bütün xəbərlər »