Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İsraili noyabrda virusdan xəbərdar edib – İddia

İsraildə yayımlanan “Kanal 12” ABŞ-ı ittiham edən iddanı efirə verib.

Kanalın iddiasına görə, ABŞ hələ keçən ilin noyabrında koronavirusla bağlı məlumatlı olub. Guya nəhəng dövlət hətta İsrail və NATO-nu virusla bağlı xəbərdar edib.

Bizimyol.info xəbər verib ki, İsrail telekanalı hələ keçən ilin noyabrının ikinci həftəsində ABŞ-ın Çinin Vuhan şəhərində baş verənləri diqqətlə izlədiyini bildirib. Onda dünyanın hələ koronavirusdan xəbəri yox idi. “Kanal 12” iddia edir ki, ABŞ-ın xüsusi xidmət orqanları hər şeyi bilirmiş. Vaşinqtona ətraflı məruzə olunub. Bundan sonra ABŞ İsraili və NATO-nu da təhlükədən xəbərdar edib.

“ABC News” ABŞ-ın xüsusi xidmət orqanlarının polkovniki Şeyn Deydən bu xəbərlə bağlı münasibət öyrənib. Dövlət məmuru iddianı təkzib edib.

İsraildə indiyə qədər 12 min 855 nəfərdə virus aşkarlanıb. Bu ölkədə pandemiya cəmi 148 nəfərin ölümünə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 2,2 milyonu keçib. Təxminən 149 min nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »