Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı heyrətləndirən iddia: Qocaları ölümə tərk etdilər

İngiltərədə fəaliyyət göstərən “Qocalar evi” sakinlərinin koronavirus pandemiyası ilə təkbaşına buraxılması iddiası yayılıb.

Bizimyol.info bu barədə Daily Mail qəzetinə istinadən məlumat verir. Qəzet yazır ki, ölkədə pandemiya təhlükəsi daha qorxunc hal alarkən hökumət yaşlı insanların baxım evlərinə diqqət yetirmir və burda xəstələnənlərə xüsusi qayğı göstərilmir. Hətta, onların yoluxma faktları qarşısında belə test aparılmır və arxalarınca təcili tibbi yardım maşınları göndərilmir. Yaşlı insanların baxım evlərində bu günə qədər COVİD-19 virusundan 4 min qoca kişi və qadının öldüyü bildirilir.

Hökumət virus qeydə alınan baxım evlərinin 13,5 faiz təşkil etdiyini desə də, Four Seasons'ın Sağlıq Xidmətləri üzrə əməkdaşı Jeremy Richardson bu göstəricinin 60 və ya70 faiz təşkil etdiyini bildirib. Qeyd edək ki, İngiltərədə 21723 baxım evi mövcuddur. Qəzet bildiri ki, Avropada virusdan ölüm hallarının böyük əksəriyyəti baxım evlərində qeydə alınıb və İngiltərədə də vəziyyət onlardan fərqlənmir.

Hazırda İngiltərdə 12868 nəfər pandemiya qurbanı var ki, onların da 4 min nəfəri baxım evlərinin sakinləridir. Daily Mail-in araşdırmasına görə, bu ölüm sayları xəstəxanalarda qeydə alınanlardır. Kimsədən xəbərsiz yoluxub ölən insanların sayı isə daha çox ola bilər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »