Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Mərkəzi Asiya ölkəsi Özbəkistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 1 349-a çatıb.

Qeyd edək ki, Özbəkistanda koronavirusdan indiyədək ölənlərin sayı 4 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 083 000-i ötüb. Bunların 510 666 nəfəri sağalıb, 134 632 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »