Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxanların sayı yenə aşağı düşdü

İtaliyanın koronavirusla mübarizədə uğuru göz önündədir. Hər gün virusa yoluxanların sayı azalır.

Bizimyol.info xəbər verir ki, İtaliyada bu gün virusa yoluxanların sayı yenə aşağı düşüb. Sutka ərzində cəmi 2667 nəfərdə infeksiya aşkarlanıb. Dünən 2972 nəfərin virusa yoluxduğu dəqiqləşmişdi. Ümumiyyətlə, axırıncı dəfə belə aşağı göstərici martın 12-də qeydə alınmışdı.

Təəssüf ki, ölüm sayında ciddi uğur nəzərə çarpmır. Düzdür, dünənlə müqayisədə azalma var. Amma sutka ərzində 578 nəfərin ölümü böyük faciə sayılmalıdır.

İndiyə qədər İtaliyada 165 min 155 virus daşıyıcısının olduğu rəsmi açıqlanıb. Həmin xəstələrin 21 min 645-i həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 2 milyon nəfərdən çoxdur. Virus daşıyıcılarının 130 minindən çoxu həyatla vidalaşıb.

Son xəbərlər
Bütün xəbərlər »