Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı ən məzəli hadisə - Ölkənin milli qürurunu satmağa çalışdılar

Hindistanda çox maraqlı hadisə baş verib.

Bizimyol.info nat.geo-ru-ya istinadən xəbər verir ki, Hindistan polisi rəsmən ölkənin milli qüruru sayılan 230 metr hündürlüyə malik heykəli satmağa cəhd edən fırıldaqçıları axtarır.

Hindistanın azadlığı uğrunda mübarizə aparmış Vallabxai Patelə qoyulan abidə öz hündürlüyünə görə Ginnesin rekordlar kitabına daxil edilib. Abidənin hündürlüyü 182 metr, postamentlə birlikdə isə 230 metrdir.

OLX onlayın meydanında bu abidə 39 milyon dollara satışa çıxarılıb. Elan verən şəxslər həmin vəsaitin koronavirusla mübarizəyə sərf ediləcəyini yazıblar.

Dövlət malını satmağa çalışan dələduz hələ tapılmasa da, onu almaq istəyənlər üzə çıxıb.

Çox maraqlıdır, alıcılar bu nəhəng abidəni harda quraşdırmaq istəyəcəkdilər?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »