Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bu gecədən 32 adda ictimai-iaşə obyektləri bağlanacaq

Bu gün yerli vaxtla saat 00.00-dan Türkiyədə ölkə boyu ictimai iaşə müəssisələri, idman mərkəzi, uşaq əyəncə mərkəzi və s. 32 adda obyekt bağlanacaq.

Türkiyə Daxili İşlər Nazirliyinin “Koronavirus təddbirləri” çərçivəsində 81 şəhər valiliyinə göstərişində bu barədə bildirilib.

Nazirliyin tapşırığına görə, ümumilikdə teatr, kinoteatr, şənlik evləri, konsert zalları, nişan-toy salonları, restoranlar, kafelər, kazinolar, meyxanalar, çayxanalar, qəlyanxanalar, internet salonları, hər çeşiddə olan oyun salonları, ticarət mərkəzləri, lunaparklar, dərnəklər, qapalı oyun meydançaları, əyləncə parkları, hovuzlar, termal su mərkəzləri, türk hamamı, sauna, spa, masaj salonu, idman mərkəzlərinin və s. fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »