Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusdan bir gündə 10 nəfər öldü

Ötən gün ərzində Çində koronavirus qurbanlarının sayı daha 10 nəfər artıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa daha 20 nəfər yoluxub, 1 370 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, Çində koronavirus xəstələrinin ümumi sayı 80 844 nəfərdir. Ölkədə ümumilikdə 65 900 nəfər sağalıb, daha 3 199 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »