Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DÇ-2022-nin seçmə mərhələ oyunları ləğv olundu

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyun aylarında keçiriləcək oyunları təxirə salınıb.

FİFA-nın rəsmi saytı xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.

Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.(report)

Son xəbərlər
Bütün xəbərlər »