Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən zəngin insanı 15 dəqiqədə 13,2 milyard dollar qazanıb

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos cəmi 15 dəqiqə ərzində 13,2 milyard dollar qazanıb.

Bu barədə “Bloomberg” xəbər verir.

Qeyd edilir ki, buna yanvarın 30-da “Amazon”un səhmlərinin postmarketlərdə 12 faizə - 2,1 dollara qədər kəskin sıçrayışı səbəb olub. Qiymət təyinetmələrin artması şirkətin müvəffəqiyyətli rüblük hesabatı ilə izah olunur. KİV qeyd edib ki, bu göstəricilər analitiklərin proqnozlarını "parça-parça edib".

Beləcə, “Amazon”un hesabatına əsasən, şirkətin gəliri 87,4 milyard dollar təşkil edib. Səhm üzrə gəlir – 6,47 dollar olub. Halbuki ekspertlər bunun 4,11 dollar olacağını gözləyirdilər.

İndi Bezosın varidatı 129,5 milyard dollara qədər artıb. Bunun 12 faizi “Amazon”a aiddir.(report)

Son xəbərlər
Bütün xəbərlər »